AZ

Bank kartından 2500 manatdan çox pul oğurlayan kişi və qadın saxlanılıb

Bank

Bakı şəhər sakini olan bir nəfərin bank kartından 2605 manatının oğurlanması barədə Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 34 yaşlı M.Kərimov və 23 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin içərisində bank kartı və sənədi olan pulqabısını oğurlamaqda və həmin kartdan alış-veriş etməkdə şübhəli bilinən 20 yaşlı V.Möhsümzadə saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Seçilən
1
26
xalqcebhesi.az

10Mənbələr