AZ

Türkiyədə Bakı-Tbilisi-Qars layihəsinin inkişafı müzakirə olunub

Azərbaycan və Türkiyə arasında Bakı-Tbilisi-Qars layihəsinin inkişafı müzakirə edilib.

“İki sahil” xəbər verir ki,  bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Mikayıl Cabbarov bildirib. "Türkiyəyə işgüzar səfər çərçivəsində nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ilə görüşdük. İki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığı, Orta Dəhlizin daşıma potensialının artırılması üçün birgə görüləcək işləri, eləcə də Bakı-Tbilisi-Qars layihəsinin inkişafı məsələlərini müzakirə etdik", - deyə o qeyd edib.

Seçilən
2
4
ikisahil.az

2Mənbələr