AZ

Payonix BOKT-nin rəhbərliyində yer alan üç şəxsi vəzifəsindən ayrılıb

“Payonix Bank Olmayan Kredit Təşkilatı” MMC Müşahidə Şurasının iki üzvü və Audit Komitəsinin sədri vəzifələrindən istefa veriblər.

Banker.az xəbər verir ki, təsisçinin qərarına əsasən Qumru Eyvazova Kərim qızı və Nurlan Vəliyev Mahal oğlu Müşahidə Şurasından çıxarılıb. Onların yerinə təyinat olmayıb.

Audit Komitəsinin sədri Vüqar Ağayev Məmməd Həsən oğlu da vəzifəsindən ayrılıb. Onun da yerinə hər hansısa təyinat baş tutmayıb.

Bundan öncə isə Zamin Cəfərov Ramiz oğlu Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib və  Fətullayev Anar Akif oğlunu əvəz etmişdi.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Payonix”i 2022-ci ilin iyun ayında dövlət qeydiyyatına alıb. 2024-cü ilin may ayında Azərbaycan Mərkəzi Bankı tərəfindən “Payonix” MMC bank olmayan kredit təşkilatına lisenziya verilib.

Seçilən
15
47
banker.az

10Mənbələr