AZ

LVMH və “Formula 1” tərəfdaşlıq müqaviləsi bağlayıb

LVMH 2025-ci ildən “Formula 1″in qlobal tərəfdaşı olacaq. Fransanın “LVMH Moet Hennessy Louis Vuitton SE” şirkəti və yarış təşkilatçısı “Liberty Media” 10 il davam edəcək tərəfdaşlıq müqaviləsi imzalayıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir. Əməkdaşlıq məhdud sayda kolleksiyaların və eksklüziv kontentin buraxılmasını nəzərdə tutur.

“LVMH və Formula 1 – “Liberty Media”nın yaradıcılıq və innovasiya sərhədlərini davamlı olaraq genişləndirən iki qlobal brenddir. Biz keçən il Las-Veqas Qran Prisi zamanı LVMH ilə işləməkdən çox məmnun idik, indi də əlaqələrimizi genişləndiririk”, – “Liberty Media”nın prezidenti və baş icraçı direktoru Qreq Maffey bildirib.

“LVMH Group”un rəhbəri Bernard Arno isə deyib ki, “insanlar, mükəmməlliyə can atmaq və yeniliklərə həvəs onun şirkətinin və Formula 1-in fəaliyyətinin əsasını təşkil edir. Motosportda, dəbdə, saat və ya şərab istehsalnda, uğura aparan yolda hər bir detal vacibdir”.

Qeyd edək ki, LVMH qrupu “Louis Vuitton”, “Hennessy”, “Tiffany”, “Christian Dior”, “Givenchy” daxil olmaqla 75 brendi birləşdirir.

Seçilən
20
banker.az

1Mənbələr