AZ

İsrail Hizbullah liderinin varisini öldürmək üçün Beyruta hücum edib

İsrail Hizbullah lideri Həsən Nəsrullahın varisi, Livan şiə hərəkatının icraiyyə komitəsinin rəhbəri Haşim Səfiəddini aradan götürmək üçün Beyrutu vurub.

Publika.az xəbər verir ki, bu barədə "Axios" portalının jurnalisti Barak Ravid X sosial şəbəkəsində məlumat verib. Səfiəddinin dərin yeraltı bunkerdə olduğu güman edilir, ona görə də onun hücumdan sonrakı taleyi hələ də bəlli deyil.

Hərəkatın nümayəndəsi siyasi məsələlərlə məşğul olur və hərbi tapşırıqları idarə edən Cihad Şurasının bir üzvüdür.

Seçilən
10
publika.az

1Mənbələr