AZ

Konfrans Liqasının I turuna yekun vuruldu

UEFA Konfrans Liqasının əsas mərhələsində I tura yekun vurulub.

 

Modern.az xəbər verir ki, ikinci oyun günündə 16 qarşılaşma keçirilib. İngiltərənin “Çelsi” komandası doğma meydanda Belçika “Genti”ni 4:2 hesabı ilə üstələyib. Belarusun “Dinamo” (Minsk) klubu isə Sumqayıtda Şotlandiya təmsilçisi “Harts”la qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Konfrans Liqası

Liqa mərhələsi, I tur

 

“Haydenhaym” (Almaniya) – “Olimpiya” (Sloveniya) - 2:1

 

“Serkl Brügge” (Belçika) – “Sent Qallen” (İsveçrə) - 6:2

 

“Astana” (Qazaxıstan) – “Baçka Topola” (Serbiya) - 1:0

 

“Dinamo” (Minsk, Belarus) – “Harts” (Şotlandiya) - 1:2

 

“Noa” (Ermənistan) – “Mlada Boleslav” (Çexiya) - 2:0

 

“Legiya” (Varşava, Polşa) – “Betis” (İspaniya) - 1:0

 

“Molde” (Norveç) – “Larne” (Şimali İrlandiya) - 3:0

 

“Omoniya” (Kipr) – “Víkinqur” (İslandiya) - 4:0

 

“Fiorentina” (İtaliya) – TNS (Uels) - 2:0

 

“Çelsi” (İngiltərə) – “Gent” (Belçika) - 4:2

 

“Kopenhagen” (Danimarka) – “Yagelloniya” (Polşa) - 1:2

 

“Luqano” (İsveçrə) – HİK (Finlandiya) - 3:0

 

“Petrokub” (Moldova) – “Pafos” (Kipr) - 1:4

 

“Borats” (Bosniya və Herseqovina) – “Panatinaikos” (Yunanıstan) - 1:1

 

LASK (Avstriya) – “Yurqorden” (İsveç) - 2:2

 

“Şemrok Rovers” (Şimali İrlandiya) – APOEL (Kipr) - 1:1

 

Qeyd edək ki, Konfrans Liqasında daha əvvəl baş tutmuş iki oyunda Avstriya “Rapid”i Türkiyədə “Başakşəhər”ə 2:1, “Vitoriya Gimaraynş” isə Portuqaliyada Sloveniyanın “Tselye” kollektivinə 3:1 hesabı ilə qalib gəlib.

Seçilən
0
6
modern.az

10Mənbələr