AZ

Tramp Ağ evi “Helen” qasırğasının zərərçəkmişlərinə kömək etməməkdə ittiham edib

Hazırkı Amerika administrasiyasının “Helen” qasırğasının fəsadlarından zərər çəkmiş ABŞ vətəndaşlarına yardım göstərmək üçün vəsaiti çatmır.

“Far.Az” xəbər verir ki, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp belə bir bəyanatla çıxış edib.

“Şimali Karolina, Corciya, Cənubi Karolina, Alabama, Tennessi, Florida və Virciniyaya dəhşətli fəlakət üz verib, yəni qasırğa o qədər güclü olub. Lakin ABŞ-nin vitse-prezidenti Kamala Harris və prezident Cozef Baydenin administrasiyası deyir ki, onların pulu yoxdur. Onlar bütün pulları xərcləyiblər. Onların pulu yoxdur, çünki onu qanunsuz miqrantlara xərcləyiblər”, – o, Miçiqan ştatının Saqino şəhərində tərəfdarları qarşısında çıxış edərkən deyib.

ABŞ-nin daxili təhlükəsizlik naziri Alexandro Mayorkas oktyabrın 1-də məlumat verib ki, ABŞ-ni vurmuş “Helen” qasırğasının fəsadlarının aradan qaldırılması prosesi illər çəkəcək və olduqca bahalı olacaq.

Seçilən
78
1
far.az

2Mənbələr