Nyu-Yorkda bir vaxtlar 50 dollara alınan rəsm hərraca göndərilir.
Sfera.az bildirir ki, Kanadalı rəssam Emili Karrın 1912-ci ildəki əsəri olduğu müəyyən edildikdən sonra əsərin 200.000 dollara qədər satılacağı gözlənilir.
Nyu-York sənət dileri Allen Treybitsin dediyinə görə, o, Hemptonsda bir anbarda olarkən diqqətini totem dirəyinin üstündə oyulmuş boz ayı rəsmi çəkib.
"Əsərdə xüsusi bir şey olduğunu deyə bilərsiniz. Ancaq o qədər oxunaqlı şəkildə imzalanmışdı ki, bu gördüyünüz əksər sənət əsərlərində tez-tez rast gəlinən bir şey deyil. Rəsm göz oxşayan və çox maraqlıdır”-Treibitz bildirib.
Qeyd edək ki, bir Amerikalı bu sənət əsərini 50 dollara alıb. Tezliklə araşdırmalar nəticəsində məlum olub ki, “Masset Q.C.I” adlı bu əsər 1912-ci ildə Emili Karr tərəfindən çəkilmişdir. Rəsm rəssamın gələn ay Kanadanın Toronto şəhərində Heffel Qalereyası tərəfindən hərraca çıxarılacaq dörd əsərindən biridir. Onun 100.000-200.000 dollar arasında satılacağı gözlənilir.
"Həyatımda bəzi maraqlı şeylərə rast gəlmişdim, lakin bu, həyatımın ən əhəmiyyətli tapıntısıdır"-deyə Treybitz bildirib.
Aynil