AZ

Harri Keyn “Bayern”in “Aston Villa”ya məğlubiyyini şərh etdi

“Bayern”in hücumçusu Harri Keyn Çempionlar Liqasının Liqa məthələsinin 2-ci turunda “Aston Villa”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Almaniya nəhəngi İngiltərə təmsilçisi ilə səfər oyununda 0:1 hesablı gözlənilməz məğlubiyyətə üzülüb.

“Bayern”in ingilis mərkəz hücumçusu qarşılaşmadan sonra bunları vurğulayıb:

“Qarşıda hələ çox oyunlar var, bunların hər biri vacibdir. Əlbəttə, biz məyusuq, amma eyni zamanda səhvlərimizdən də nəticə çıxarmalıyıq. Mövsüm hələ, yeni başlayıb”.

Harri Keyn “Aston Villa”ya səfər məğlubiyyətinin səbəbini də açıqlayıb:

“Bu, ağır axşam idi. Biz istədiyimiz kimi əks-təpki edə bilmədik və nəticədə rəqib tərəfindən cəzalandırıldıq. Sadəcə, onların cərimə meydançasında son ötürməmiz və ya dəqiq zərbəmiz əskik idi”, deyə Keyn “Bayern”in gözlənilməz məğlubiyyətini əsaslandırıb.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 8 oyuna çıxıb, 10 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib. Keyn 5 qolla cari mövsüm Almaniya Bundesliqasının ən sərrast futbolçusudur.
Keyn Almaniya nəhənginin heyətində ümumilikdə 53 oyun keçirib, 54 qol vurub, 17 məhsuldar ötürmə verib.

Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 100 oyun keçirib, 68 qol vurub, 19 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində hələ, bir qənimət belə, qazana bilməyib.

Seçilən
13
arena.az

1Mənbələr