AZ

Azərbaycan Qərbdən cavab gözləyir – Sülhə razılıq verəcəkmi?

Azərbaycanla sülh sazişini razılaşdırılmış bəndlər üzrə imzalamaq istəyən İrəvanın yeni manevrlər etdiyi müşahidə edilir.

Ermənistan Baş naziri Nikol Paşinyan dəfələrlə COP29-a qədər sazişi imzalamağa hazır olduğunu beynəlxalq ictimaiyyətə çatdırıb. Konstitusiya məhkəməsinin qərarı ilə qondarma “miatsum”dan imtina edərək, “Bakının konstitusiyada təhlükə kimi gördüyü məsələnin həll edildiyi” və “sazişin imzalanması önündə maneənin qalmadığı” rəyini yaratmağa çalışır.

Paşinyan konstitusiyada Azərbaycana ərazi iddiasını da götürəcəkmi?

Globalinfo.az-a danışan politoloq Ramiz Alıyev deyib ki, Azərbaycanın çox təkidlə üzərində durduğu məsələ Ermənistanın konstitusiya dəyişikliyi edərək ölkəmizə qarşı ərazi iddiaları ilə çıxış etməsinin qarşısının alınmasıdır:

“Ermənistan ərazi iddiası etmədiyini irəli sürərək konstitusiyasına düzəliş etmədən sülh müqaviləsi imzalamaq istəyi ilə çıxış edərsə, Azərbaycan buna getməyəcək. Çünki Nikol Paşinyan hakimiyyətdən getdikdən sonra gələn yeni kadrlar bu bəndləri əsas götürərək ölkəmizə qarşı yenidən müharibəyə başlaya bilərlər. Bu vəziyyətin baş verməməsi üçün Ermənistan konstitusiya dəyişikliyi etməlidir. Nikol Paşinyanın bu gün sülh istiqamətində verdiyi açıqlamalar ictimaiyyətə hesablanıb. Sadəcə öz maraqlarına hədəflənib. Əməli addımlarda isə öz sələflərindən geri qalmır”.

Politoloqun sözlərinə görə, COP29-a qədər Ermənistan Azərbaycanın tələblərini qəbul edərsə, iki ölkə arasında sülh müqaviləsi imzalana bilər:

“Rəsmi İrəvan bu məsələdə özbaşına qərar verə bilməz. Qərbdən aldığı göstərişlər hesabına hərəkət edir. Əgər onlar bu sülhə, konstitusiya dəyişikliyinə razı olarsa, Ermənistan əməli addımlar ata bilər”.

Seçilən
26
1
turkustan.az

2Mənbələr