AZ

Bellingem vasitəçi rolunda

“Real” Cud Bellingemdən təkcə meydanda istifadə etmir. İngiltərə mllisinin yarımmüdafiəçisi Madrid klubunun transfer işlərində də faydalıdır.

Futbolinfo.az xəbər verir ki, İspanya nəhəngi Trent Aleksandr-Arnoldun transferində Cuddan yardım istəyib. “Liverpul”un sağ cinah müdafiəçisinin keçidində maraqlı olan madridlilər onu yaxın dostu olan Bellingemin vasitəsi ilə dilə tutmağa çalışır. Yəqin buna görədir ki, Trent klubunun yeni müqavilə təklifini 3 dəfə geri çevirib. Mersisaydlılar son və ən sərfəli təklifi ötən həftə futbolçuya təqdim edib.

Müdafiəçi cavab vermək üçün tələsmir. 25 yaşlı oyunçu mövsümün sonunda bitəcək anlaşması yekunlaşan kimi sərbəst oyunçu olaraq Madridə yollanmaq niyyətindədir.

Seçilən
11
futbolinfo.az

1Mənbələr