AZ

Ukrayna Kursk AES-ə hücuma cəhd etdi - Video

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kurçatov şəhərində yerləşən Kursk Atom Elektrik Stansiyasına (AES) hücuma cəhd edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “SHOT” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, hava hücumundan müdafiə qüvvələrinin dörd uğursuz cəhdi olub. Məlumata görə, yerli saatla 16:20-də Rusiya hava hücumundan müdafiə sistemləri Fransanın hava bombasını vurub. Nəticədə mərmi AES-dən beş kilometr aralıda yerə düşüb.

Sursatların düşdüyü yerdə yanğın başlayıb, lakin elektrik stansiyasına və onun infrastrukturuna ziyan dəyməyib.

Rəsmi qurumlar hələlik hadisə ilə bağlı açıqlama verməyib.

Seçilən
40
qafqazinfo.az

1Mənbələr