AZ

Davamlı inkişafa keçid ESG meyarlarının bank qurumlarının strategiyalarına inteqrasiyasını tələb edir

Bakı. Trend:

Davamlı inkişafa keçid innovativ yanaşma və ESG meyarlarının(ekoloji, sosial və korporativ idarəetmə) bank qurumlarınınstrategiyaları və biznes modellərinə inteqrasiyasını tələbedir.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov ADAUniversitetində “Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə FəaliyyətHəftəsi” çərçivəsində keçirilən "Özəl maliyyələşdirmə üçün şəraitinyaradılması" mövzusunda dəyirmi masada bildirib.

"Maliyyə sektoru davamlı inkişafın dəstəklənməsində mühüm roloynayır və bu gün biz buradayıq ki, özəl maliyyələşmənin bu prosesənecə töhfə verə biləcəyini müzakirə edək. Davamlı maliyyələşməməsələsi həm milli, həm də qlobal səviyyədə aktuallığını qoruyur.Biz vacib bir mərhələdəyik: bir tərəfdən iqtisadi artımıdəstəkləməyə borcluyuq, digər tərəfdən isə ətraf mühiti qorumaqməsuliyyətimiz var. Bu, maliyyə sektoru və Mərkəzi Bank üçün əlavəçətinliklər yaradır, çünki iqlim risklərini nəzərə almalı vəmaliyyə sabitliyini təmin etməliyik", - o bildirib.

O qeyd edib ki, 2023-cü ildə Azərbaycan Mərkəzi Bankı maliyyəsektorunun tənzimlənməsi üzrə yeni sistemi təsdiqləyib, bu sisteminəsas elementlərindən biri "yaşıl" maliyyə taksonomiyasının tətbiqiolub.

"Biz bu mexanizmi maliyyə qurumlarının fəaliyyətini beynəlxalqstandartlara uyğunlaşdırmaq üçün hazırlamışıq. Bu il biz banklarüçün iqlim risklərinin idarə olunmasına və davamlı inkişafprinsiplərinin onların korporativ idarəetməsinə və maliyyəstrategiyalarına daxil edilməsinə yönəlmiş yeni tələbləri təqdimetdik. Azərbaycan Mərkəzi Bankı maliyyə sahəsində innovasiyalarıdəstəkləmək üçün fəal şəkildə çalışır, iqtisadiyyatın yalnızAzərbaycanda deyil, beynəlxalq səviyyədə də davamlı inkişafmodellərinə uğurlu keçidi üçün şərait yaradır", - Taleh Kazımovəlavə edib.

Seçilən
19
az.trend.az

1Mənbələr