AZ

Toplanışlara çağırılma ilə bağlı YENİLİK

Müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və həmin orqanın ehtiyatına keçirilmiş birinci dərəcəli ehtiyatda olan hərbi vəzifəlilər üçün hərbi təlim toplanışlarına çağırılması müddəti ayrıca müəyyən ediləcək.

 

Bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

 

Eyni zamanda müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və həmin orqanın ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin toplanışlarda olmağının ümumi müddəti də müəyyən edilir. Bundan başqa, toplanışlara cəlb ediləcək hərbi vəzifəlilərin sayının müvafiq icra hakimiyyəti orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi nəzərdə tutulur. Bu müddəa “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45.5-ci maddəsində nəzərdə tutulduğu üçün Əsasnaməyə də bu dəyişikliyin edilməsi təklif olunur. Layihədə habelə mövcud normaların təkmilləşdirməsi ilə bağlı və dəqiqləşdirmə xarakteri digər dəyişikliklər də yer alıb.

 

Layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.

Tarix: 3 Oktyabr 2024, 18:48   
Seçilən
1
3
pravda.az

5Mənbələr