AZ

Bakı Beynəlxalq kitab sərgisində yeni uşaq kitabının təqdimatı keçirildi            

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları Bakı Ekspo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisinin açılışında iştirak etdilər.      M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə “Lütfi Zadə” təqdimat zonasında tanınmış yazıçı, şair, AYB-nin və AJB-nin üzvü, Prezident təqaüdçüsü, H.Zərdabi mükafatçisi Gülzar İbrahimovanın “Sirli nağıllar” kitabının təqdimatı keçirildi.  Təqdimatı tarıx üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq, yazıçının yaradıcılığı haqqında qısa məlumat verdi. “Gülzar nənə” təxəllüsü ilə uşaqların sevimlisinə çevrilən yazıçı uşaqlara yeni yazdığı nağılları danışdı. “Su pərisi və balıq” və “Sehirli nağıllar” məktəblilər və qonaqlar tərəfindən maraqla qarşılandı.  Təqdimatda Yasamal rayon A.Məmmədov adına 38 nömrəli tam orta məktəbin 5a sinif şinif şagirdləri və sinif rəhbəri Şölə Qayıbova iştirak etdilər.  Uşaqlar Gülzar İbrahimovaya mütaliə etdikləri nağıllardan parçalar söylədilər, suallar verdilər.      Sonda yazıçı uşaqlara kitablar hədiyyə olundu.

Təqdimatda videoçarx nümayiş olundu:   https://www.youtube.com/watch?v=flh1xsBRT0E        

Seçilən
8
sabahinfo.az

1Mənbələr