AZ

Makron və Paşinyan arasında görüş keçirildi

Ermənistanın baş naziri Nikol Paşinyan Yelisey sarayında Fransa prezidenti Emmanuel Makronla görüşüb.
 

Sfera.az erməni mediasına istinadən xəbər verir ki, həmsöhbətlər Ermənistan-Fransa çoxsahəli gündəliyi ilə bağlı məsələləri müzakirə edib, dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə yönəlmiş ardıcıl addımların davamlı şəkildə həyata keçirilməsinin vacibliyi vurğulayıblar.


Baş nazir Paşinyan Fransanın daimi dəstəyini vurğulayıb və Ermənistanın ikitərəfli maraq doğuran bütün sahələrin inkişafına yönəlmiş addımlar atmağa hazır olduğunu deyib.
 

Fransa prezidenti Ermənistanı qeyd-şərtsiz dəstəklədiyini, həmçinin Fransa-Ermənistan ikitərəfli münasibətlərinin ardıcıl inkişafına hazır olduğunu bir daha təsdiqləyib.

İnci

Seçilən
10
sfera.az

1Mənbələr