AZ

Makron Avropa İttifaqına "ölüm" DİAQNOZU QOYDU 

Yanlış iqtisadi inkişaf strategiyası aparan Avropa İttifaqı Çin və ABŞ-dan geri qalmaqla “ölə bilər”.
 
Moderator.az publika.az-a istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron “Bloomberg” agentliyinə müsahibəsində Avropa İttifaqının perspektivləri ilə bağlı bu qiymətləndirməni edib.
 
"Aİ ölə bilər, biz çox vacib bir anın astanasındayıq", - deyə o vurğulayıb.
 
Fransa prezidenti qeyd edib ki, Avropa İttifaqının inkişafı üçün iqtisadi model düzgün deyil, çünki blok “çox tənzimləyir və çox az sərmayə qoyur”.
 
Makron əlavə edib ki, yaxın iki-üç il ərzində Aİ iqtisadiyyatın “klassik gündəliyinə” əməl etsə, nəhayət, ABŞ və Çinlə rəqabəti itirəcək.
 
Onun sözlərinə görə, Vaşinqton və Pekin həm hasilat, həm də investisiya baxımından Aİ-ni üstələyir və təcili addımlar atmasa, Avropa digər ölkələrlə rəqabət apara bilməyəcək.
Seçilən
2
1
moderator.az

2Mənbələr