AZ

"N" hərbi hissəsinin yaranma günü qeyd olunub

Bakı, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 3-də "N" hərbi hissəsinin yaranma günü münasibətilə tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə Müdafiə Nazirliyi rəhbərliyinin təbriki şəxsi heyətə çatdırılıb, eləcə də hərbi hissənin yaranma tarixi barədə ətraflı məlumat verilib.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunda aparılan uğurlu islahatların müsbət nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilib.

Sonra hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub.

Seçilən
16
2
azertag.az

3Mənbələr