AZ

"Qarabağ" azarkeşlərinə müraciət etdi - klubun xahişi var

"Qarabağ" Avropa Liqasının liqa mərhələsinin 2-ci turunda "Malmö"nü qəbul edəcək.

"Football-plus.az" xəbər verir ki, klub matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionuna gələcək azarkeşlərə çağırış edib. Sizi müraciətlə tanış edirik:

"Azarkeşlərimizin nəzərinə! “Qarabağ” - “Malmö" oyununda iştirak edəcək azarkeşlərimiz üçün qapılar matçın start fitindən 2 saat əvvəl açılacaq. Azarkeşlərimizin daha tez gəlib tribunalarda öz yerlərini tutması xahiş olunur! Yoxlama nöqtələrində sıxlığı azaltmaq, stadiona daha rahat daxil olmaq, komandamızı isinmə dəqiqələrindən dəstəkləmək üçün stadiona tələsin. Biz birlikdə "Qarabağ"ıq!"
Seçilən
10
football-plus.az

1Mənbələr