AZ

Sven Ulrayx cərimələndi - Səbəb

“Bayern”in alman ehtiyat qapıçısı Sven Ulrayx 1 oyunluq cəzalanıb, həmçinin 20 min avro məbləğində cərimələnib.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən məlumat verir ki, Ulrayx “Bayer”in nümayəndə heyətinin üzvlərini təhqir etdiyinə görə, “aşkar qeyri-idmani davranış”ı müqabilində intizam tədbiri ilə tənbeh edilib.

Hadisə komandaların Almaniya Bundesliqasının 5-ci turu çərçivəsində “Alyans Arena”dakı mərkəzi görüşü zamanı yaşanıb. Oyun zamanı Ulrayx “əczaçılar”ın vaxtı uzadaraq, oyunu ləngitməsindən şikayətlənib. Daha sonra o, “Bayer”in klub nümayəndəsinə üz tutub: “Orada yerindəcə qal, evsiz-eşiksiz didərgin”.

Alman Futbol İttifaqının (DFB) nizam-intizam komitəsi hadisədən sonra təhqiqata başlayıb. Sven Ulrayx etdiyi qələtə görə üzr istəməli olub.

Xatırladaq ki, “Bayern” – “Bayer” oyunu 1:1 hesabı ilə başa çatıb. Mərkəzi oyunda xal itkisinə rəğmən, “Bayern” Bundesliqanın yarış cədvəlində 13 xalla 1-ci pillədəki yerini qoruyub-saxlaya bilib. “Bayer” isə 2-ci pillədən 4-cü pilləyə düşüb. “Əczaçılar”ın 10 xalı var.

Seçilən
11
arena.az

1Mənbələr