AZ

Son bir ildə Azərbaycanda 7 peşə təhsili məktəbi bağlanıb

2024-cü ilin əvvəlinə Azərbaycanda 92 peşə təhsili məktəbi olub.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məəlumata görə 2023-cü ilin əvvəli ilə müqayisədə bu məktəblərin sayı 7 ədəd (7,1%) azalıb.

Bununla yanaşı peşə təhsili məktəbində təhsil alan tələbələrin sayında 3 min 218 nəfər, başqa sözlə 12,4% artım olub və 29 min 144-ə yüksəlib.

Əhalinin hər 10 min nəfərinə düşən tələbə sayı isə 3 nəfər (11,%) artaraq  26-dan 29-a yüksəlib.

Bu məktəblərə qəbul olanların və bitirənlərin sayında da artımn müşahidə edilir. Belə ki, qəbul olanların sayı 2024-cü ilin əvvəlinə olan məlumata əsasən 22m min 194 nəfər təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 148 nəfər, başqa sözlə 5,5% çoxdur. Bitirənlərin sayı isə 792 nəfər, başqa sözlə 5,7% artaraq 14 min 6457-yə yüksəlib.

Seçilən
10
fed.az

1Mənbələr