AZ

MSK bəzi Dairə Seçki Komissiyalarının tərkibində dəyişiklik edilməsini təsdiqləyib

Bəzi Dairə Seçki Komissiyalarının tərkibində dəyişiklik edilib.

Avtosfer.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında qərar qəbul edilib.

MSK-nın sədr müavini Rövzət Qasımovun təqdimatına əsasən, 24 saylı Nizami birinci seçki dairəsi, 42 saylı Sumqayıt birinci seçki dairəsi və 82 saylı İmişli-Saatlı seçki dairəsinin həlledici səs hüquqlu bəzi üzvləri vəzifəsindən azad edilib, onların yerinə yeni təyinatlar olub.

Belə ki, 24 saylı Nizami birinci seçki dairəsində Nizami Nəcəfovun yerinə Fəridə Rzayevanın, 42 saylı Sumqayıt birinci seçki dairəsindən Barat Xəlilovun əvəzinə Təravət Rəsulovanın, 82 saylı İmişli-Saatlı seçki dairəsindən Ruhsal Hacıyevin əvəzinə Sabit Yaqubovun həlledici səs hüququ təsdiq edilib.

Həmçinin MSK katibi Mikayıl Rəhimovun təqdimatına əsasən, 83 saylı Beyləqan seçki dairəsinin tərkibində dəyişiklik edilib.

Qeyd olunan qərarlar səsə qoyularaq, qəbul olunub.

Seçilən
5
21
avtosfer.az

10Mənbələr