AZ

Azərbaycanda karbon emissiyasını sürətlə azaltmaq üçün $40 mlrd. investisiya tələb olunur

Dünya Bankının hesablamalarına görə, Azərbaycana 2060-cı ilə qədər karbon emissiyasını sürətlə azaltmaq üçün 40 milyard ABŞ dolları investisiya lazım olacaq.

Bunu “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin sədri Zakir Nuriyev “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin 4-cü günündə bildirib.

“Bu məbləğin əsas hissəsi özəl sektorun, o cümlədən bank sektorunun iştirakı ilə maliyyələşdiriləcək. Lazımi vəsaitin 60 %-ni dövlət və ictimai qurumlar, 40 %-ni isə banklar təmin edə bilər”, – deyə o qeyd edib.

“Azərbaycanda bərpa olunan enerji potensialı var. Ölkədə bərpa olnan enerjinin xüsusi çəkisinin 30 %-ə çatdırılması planlaşdırılır. Bu istiqamətdə beynəlxalq maliyyə qurumları ilə əmkdaşlıq gücləndirilməlidir”, – deyə sədr əlavə edib.

Seçilən
9
5
banker.az

6Mənbələr