AZ

Deputat: Beynəlxalq kitab sərgilərinin ədəbi proseslərdə əhəmiyyəti böyükdür

Deputat:

Bakı, 3 oktyabr, AZƏRTAC

Beynəlxalq kitab sərgilərinin keçirilməsi ölkəmizin mədəni, ədəbi həyatında baş verən ən mütərəqqi hadisələrdən biridir. Son dövrlər kitabların nəşri, onların təbliği və təqdimatlarının keçirilməsində irəliləyişlər var. Belə beynəlxalq kitab sərgilərinin ədəbi proseslərdə əhəmiyyəti böyükdür. Bu sərgilər mütaliəyə marağın artmasında, gənc nəslin kitabla ünsiyyətində körpü rolunu oynayır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində X Bakı Beynəlxalq Kitab Sərgisində Milli Məclisin deputatı Elnarə Akimova deyib.

"Ən önəmli məqam odur ki, belə kitab sərgilərində yeni nəşrlərlə tanış olmaq imkanı əldə edirik. Ədəbiyyatımızın, mədəniyyətimizin müxtəlif problemləri ilə bağlı çox önəmli faktlarla rastlaşırıq", - deyə deputat qeyd edib.

Elnarə Akimova Füzulinin anadan olmasının 530 illiyinə həsr olunan X Bakı Beynəlxalq Kitab Sərgisinin şairin klassik irsinin bir daha nəzərdən keçirilməsi imkanı yaratdığını deyib.

"Bu cür sərgilər vasitəsilə bir çox ölkələrlə mədəniyyət mübadiləsi aparılır, əməkdaşlıq əlaqələri qurulur. Bu mənada, X Bakı Beynəlxalq Kitab Sərgisi də münasibətlərin daha da yaxınlaşmasında mühüm platformadır", - deyə o vurğulayıb.

Seçilən
39
1
azertag.az

2Mənbələr