AZ

Yataqxanada yaşayan professor üsyan etdi: Gecənin bu saatında tualet üçün…

“İllərin çarpışmasından sonra 4 nəfərlik ailənin yaşaması üçün heç bir şəraiti olmayan, gün işığına həsrət, qaranlıq, darısqal bir yataqxana otağına atılmışıq. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyi deyir ki, daha bizim bacardığımız budur. Burada qaz, ümumiyyətlə, yoxdur. Su isə 2 saat səhər, 1 saat axşam (saat 17.00 – 18.00) verilir. Divarlardakı kif və rütubət allergik tutmaları kəskinləşdirir”.

Publika.az xəbər verir ki, bu barədə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Nəzəri dilçilik” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov bildirib.

Professor payız fəslinin olduğunu diqqətə çatdıraraq vurğulayıb ki, xroniki xəstəliklərin kəskinləşdiyi dövrdə normal yatağa ehtiyac yarandığını düşünəndə adam dəhşətə gəlir, çünki yataqxana otağında tibbi yardım almaq, özünə qayğı göstərmək üçün heç bir şərait yoxdur.

Şöbə müdiri şəraitsizlikdən gileylənib: “Nə çarpayı, nə divan, nə stol, nə paltarları yığmaq üçün şkaf var. Bunları yerləşdirməyə heç yer də yoxdur. Mindən artıq kitabı məhz bu səbəbdən ləğv etmişəm. Yazı masası haqqında düşünmək isə absurddur. Otaqda tək işləyən şey 70 manata aldığımız, kəsif pas iyi verən soyuducudur”.

Seçilən
2
3
publika.az

5Mənbələr