AZ

Bu ölkə qocalara qulluq edənlər üçün 10 min viza verəcək

Gələn il İtaliya qocalara və əlillərə qulluq edən insanlar üçün əlavə 10000 iş vizası təklif edəcək.

Herbiand.az Reuters agentliyinə istinadən bildirir ki, bu barədə İtaliya hökuməti yeni miqrasiya qaydaları paketini qəbul edərək elan edib.

İtaliya uzun müddətdir ki, əhalinin qocalmasından və doğum nisbətinin azalmasından əziyyət çəkir. Buna görə də bu insanlara qulluq etmək üçün baxıcı çatışmazlığı ilə üzləşib. Sant'Egidio katolik qrupu da daxil olmaqla xeyriyyə təşkilatları hökumətə xaricdən daha çox baxıcının gəlməsinə icazə vermək üçün lobbiçilik edib.

Qəyyumlar üçün əlavə kvota keçən il 2023-2025-ci illər üçün elan edilmiş 452000 iş vizasına əlavə olaraq ayrılacaq. Bu isə əvvəlki 3 illə müqayisədə təxminən 150% artım deməkdir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
6
herbiand.az

1Mənbələr