AZ

VACİB XƏBƏR! Azərbaycanda bu sahələrdə böyük gəlir əldə etmək mümkündür

Azərbaycanda yerli istehsalın inkişafı üçün hansı vacib addımlar atılmalıdır? Ölkə iqtisadiyyatı hansı şərtlər daxilində inkişafı edə bilər? Regionlarımızda əsas iqtisadi perspektivlər nədən ibarətdir?

KONKRET.az xəbər verir ki, bu mövzu ətrafında iqtisadçı ekspert Natiq Cəfərli referans.az -ın suallarını cavablandırıb. Ekspert deyib ki, Azərbaycanda yerli istehsalın inkişafı üçün çoxşaxəli addımların atılmasına ehtiyac var.  Bunların içərisində vergi və gömrük qanunvericiliyində istehsala yönəlik təşviqlərin daha çox olması vacibdir. Həmçinin uzunmüddətli kreditlərin verilməsinə çıxış imkanları genişləndirilməlidir. Eyni zamanda da bu sahədə rəqabətli mühitin artırılması və bu kimi nüanslara diqqət edilməlidir.

Natiq Cəfərli onu da vurğulayıb ki,dünyada elə bir ölkə yoxdur ki, o ölkədə hər şey  istehsal olunsun. Təbii ki,  bu ölkəmiz üçün də belədir.  Misal üçün Çin kimi güclü iqtisadiyyata malik olan  bir ölkə ən azından hər ay xaricə satdığı məhsulun yarısı qədər də digər ölkələrdən məhsul almağa məcburdur.  Buna görə də biz Azərbaycanda bir neçə istiqaməti prioritet olaraq qəbul edərək həmin sahələrin inkişafı haqqında mütləq düşünməliyik.

Mütəxəssis bildirib ki, Azərbaycanda ən gəlirli sahələrdən biri neft-kimya sahəsidir. Ölkəmizin bu sahələrlə bağlı  həm ciddi potensialı mövcuddur. Həm də elmi baza və təcrübə var.  Beləliklə neftin emalından sonra əmələ gələn kimyəvi maddələr və müxtəlif məhsullar neftin öz istehsalından daha çox sərfəlidir.  Hesab edirəm ki, neft-kimya sənayesinin inkişafı çox ciddi şəkildə qarşıya məqsəd kimi qoyulmalıdır.

“Bundan başqa ölkəmizdə yüngül sənayenin də  inkişafı üçün hər hansısa texnoloji inqilabi yeniliyə də ehtiyac yoxdur. Çünki Azərbaycan uzun illərdir ki, yüngül sənaye ilə məşğul olan ölkədir.  Kifayət qədər pambıqçılıqla bağlı təcrübələrimiz var. Ölkəmiz pambıq istehsalçısıdır. İl ərzində 200 min tona qədər pambıq istehsal edilir. Bu pambığın ip halına salınması və ümumiyyətlə son olaraq geyimə çevrilməsi üçün zəncirvari əlaqəli işlər qurulmalıdır.  Bir sözlə adlarını sadaladığım sahələrə  kompleks və bağlantılı şəkildə yanaşılmalıdır. Beləliklə də bu sahələrdə daha ciddi  nəticələr əldə etmək mümkündür”,-deyə ekspert qeyd edib.

Seçilən
6
1
konkret.az

2Mənbələr