AZ

Qəzzada bir gündə 100-ə yaxın fələstinli öldü


Son 24 saat ərzində blokadada olan Qəzza zolağında İsrail qüvvələrinin anklavın müxtəlif bölgələrini atəşə tutması və bombalaması nəticəsində 100-ə yaxın fələstinli həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
“Son 24 saat ərzində İsrailin sektora təcavüzü nəticəsində 99 nəfər ölüb, 169 nəfər yaralanıb”, - deyə nazirlikdən bildirilib.
Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin oktyabrında İsrail hərbi əməliyyata başlayandan bu günə qədər Qəzzada 41 min 788 nəfər həlak olub, 96 min 794 nəfər yaralanıb.
Seçilən
12
yeniavaz.com

1Mənbələr