AZ

Azərbaycanda fermerlərin daha dayanıqlı təsərrüfat üsullarına keçidini dəstəkləmək üçün mexanizmlər hazırlanıb

Bakı. Trend:

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi fermerlərə daha dayanıqlıvə səmərəli təsərrüfat üsullarına keçid etməkdə kömək etmək üçünbir neçə əsas dəstək mexanizmi hazırlayıb.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kreditvə İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı ADAUniversitetində “Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə FəaliyyətHəftəsi” çərçivəsində keçirilən "Özəl maliyyələşdirmə üçün şəraitinyaradılması" mövzusunda dəyirmi masada bildirib.

“Kooperativ və İnkişaf Agentliyi ilə birgə layihə çərçivəsindəfermerlərə müasir texnologiyaları mənimsəməkdə kömək edəcəkmüxtəlif maliyyə alətləri təklif edilib. Xüsusilə, suyun qənaətləistifadəsini təmin edən suvarma sistemlərinin əldə edilməsininstimullaşdırılması nəzərdə tutulur, bu isə ölkənin torpaq və suehtiyatlarının qorunmasında həlledici əhəmiyyətə malikdir. Proqramşərtlərinə əsasən, fermerlər müasir suvarma sistemlərini alarkənümumi dəyərin ən azı 20 faizini ödəməlidirlər ki, bu da onlarınmaraqlı olduğunu və modernləşmə prosesinə cəlb olunmalarınıvurğulayır. Agentlik isə ixtisaslaşdırılmış qurumlar vasitəsiləxərclərin 40 faizini ödəyir və kreditlər üzrə faizləri öz üzərinəgötürür”, - o qeyd edib.

Leyla Cabbarlının sözlərinə görə, "Harmoniya" təşəbbüsünün 3əsas məqsədindən biri iqlim layihələri üçün maliyyə vəsaitlərinincəlb edilməsi olacaq.

“Noyabr ayında dövlət və inkişaf bankları, eləcə də bir çoxbeynəlxalq və hökumət təşkilatları ilə birgə kənd təsərrüfatı vəərzaq sistemlərinin transformasiyası layihələrinin həyatakeçirilməsi imkanlarını müzakirə etməyi planlaşdırırıq. Məqsədimizəlavə maliyyə resursları tapmaq və iqlim maliyyəsinin təşviqinəyönəlmiş kompleks yanaşma hazırlamaqdır”, – L.Cabbarlıbildirib.

Seçilən
14
az.trend.az

1Mənbələr