AZ

Zelenski Ukrayna ordusunun Uqledardan çıxarılmasına münasibət bildirib

“Ukrayna Silahlı Qüvvələrinin Uqledardan çıxarılması ukraynalı hərbçilərin həyatını xilas etmək üçün düzgün addım idi”. 

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə NATO-nun baş katibi Mark Rutte ilə keçirdiyi birgə mətbuat konfransı zamanı deyib.

Siyasətçi qeyd edib ki, Rusiyanın hücumunun qarşısını almaq üçün Ukraynaya Qərbdən daha çox yardım lazımdır”.

"Biz uzaqmənzilli silahlardan istifadə etmək üçün kifayət qədər israrlıyıq, buna icazə verilməsə, hər şeyi məhv edən Rusiya Federasiyasının qarşısını ala bilmərik", - deyə Zelenski vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
17
missiya.az

1Mənbələr