AZ

1092 günlük istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcək - BFB

8 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaq.

Bu barədə Fins.az-a BFB-dən məlumat verilib.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Dövlət istiqrazının növü

Kuponlu, ortamüddətli, dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0201070270

Buraxılış həcmi 

150 000 000 manat

Nominal dəyəri 

100 manat

İstiqrazların tədavül müddəti

1092 gün

Faiz ödənişləri

2025-ci il 08 aprel, 2025-ci il 07 oktyabr,
2026-cı il 07 aprel, 2026-cı il 06 oktyabr,
2027-ci il 06 aprel, 2027-ci il 05 oktyabr

Faiz dərəcəsi (olduqda)

7.5 %

Ödəmə tarixi

                           05.10.2027

Anderrayter

                 “PAŞA Kapital İŞ” QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi artırıla bilər.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
 

Zemfira Ms
Fins.az

 

Seçilən
61
6
fins.az

10Mənbələr