AZ

"İlin gözəli" seçilən model çadırda yaşayır - FOTO

2006-cı ildə "Playboy"un "İlin gözəli" seçilən model Luiza Qlover bir vaxtlar dəbdəbəli həyat yaşasa da, hazırda İngiltərənin Ridinq bölgəsindəki fermada çadırda yaşayır.

Modern.az xəbər verir ki, Qlover şəxsi məşqçi və it gəzdirən kimi pul qazanır.

Qlover bir vaxtlar Hugh Hefnerin Los-Ancelesdəki məşhur malikanəsində yaşayırdı. 2010-cu ildə döş qəfəsindəki əməliyyatdan sonra keçirdiyi infarkt həyatını dəyişib. Beş həftə xəstəxanada qaldıqdan sonra karyerasını şəxsi məşqçi kimi davam etdirmək qərarına gəlib.

İngiltərədəki iqtisadi böhran səbəbindən biznesi zəifləyən Qlover hazırda çadırda yaşamaq məcburiyyətində qalıb. Himayəçilikdə böyüyən və indi ailə dəstəyindən məhrum olan Qlover çətin vəziyyətinə baxmayaraq optimistdir.

Pornoqrafik məzmun istehsal etməkdən imtina edən Qlover şəxsi məşqçi və it gəzdirməklə dolanmağa çalışır.

"Cebheinfo.az"

Seçilən
3
1
cebheinfo.az

2Mənbələr