AZ

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Bakı. Trend:

Oktyabrın 3-də Milli Məclisin Ailə, qadın və uşaq məsələlərikomitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclasıkeçirilib.

Trend xəbər verir ki, bubarədə Milli Məclis məlumat yayıb.

Bildirilib ki, iclası açan komitə sədri Hicran Hüseynovakomitənin üzvlərini VII çağırış Milli Məclisə seçilmələrimünasibəti ilə təbrik edib və onlara gələcək fəaliyyətlərindəuğurlar arzulayıb.

Sonra gündəliyi təqdim edən Hicran Hüseynova birinci məsələ olanAilə, qadın və uşaq məsələləri komitəsinin 2024-cü ilin payızsessiyası üçün iş planının layihəsi haqqında məlumat verib. Obildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinçıxışlarında ailə dəyərləri həmişə diqqətdə saxlanılıb.

Komitə sədri bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsiüçün payız sessiyasında dinləmələrin keçiriləcəyini vurğulayıb.Diqqətə çatdırılıb ki, qarşıdakı sessiyada komitəyə qanunvericiliksubyektlərindən daxil olacaq qanun layihələrinin müzakirəsi, ocümlədən müxtəlif qanun layihələrinə əlavə və dəyişikliklərinedilməsi nəzərdə tutulub.

Gündəliyin ikinci məsələsi olan “Uşaq hüquqları haqqında”Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)ilə bağlı komitə sədri qeyd edib ki, Azərbaycan Respublikasındauşaq hüquqlarının inkişafı istiqamətində davamlı olaraq islahatlarhəyata keçirilir. Layihədə təklif olunan dəyişikliklər uşaqmüəssisələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, uşaqhüquqlarının həyata keçirilməsinin təkmilləşdirilməsinə xidmətedir.

Sonuncu məsələ olan “Valideynlərini itirmiş və valideynhimayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsi (birincioxunuş) qanunda nəzərdə tutulan şəxslərə sosial ödənişlərin təyinolunmasının və onların sosial müdafiəsinin mütəmadi olaraqtəkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Gündəlikdəki məsələlərin müzakirəsində komitənin sədr müaviniJalə Əliyeva, üzvlər Günay Ağamalı, İlham Məmmədov, PərvinKərimzadə, Səbinə Xasayeva, Milli Məclis Aparatının Sosialqanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər.Deputatlar komitənin payız sessiyası üçün iş planının layihəsinimüsbət qiymətləndiriblər, iş planı ilə bağlı tövsiyələrinibildiriblər. Müzakirəyə təqdim edilən qanun layihələrininvacibliyini qeyd edən deputatlar bəzi aktual məsələlərə dairfikirlərini diqqətə çatdırıblar.

İclasda komitənin 2024-cü ilin payız sessiyası üçün iş planıtəsdiq edilib, müzakirəyə çıxarılan qanun layihələri birincioxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyəolunub.

İclasda Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləriSevinc Hüseynova, Ülviyyə Ağayeva, Mehriban Vəliyeva və digər rəsmişəxslər iştirak ediblər.

Milli
Milli
Milli
Milli
Seçilən
7
2
az.trend.az

3Mənbələr