AZ

Rusiya Livana humanitar yardım göndərəcək

Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi Livan əhalisi üçün 33 ton humanitar yardım göndərəcək. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilir ki, yardım paketinə əsasən ərzaq, təcili yardım avadanlıqları və dərmanlar daxildir. Məhz yardım Livanda iqtisadi çətinliklərdən əziyyət çəkən mülki şəxslərin təcili ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulur.

Seçilən
8
cebheinfo.az

1Mənbələr