AZ

Keçmiş "Dəyirman"çı: "Miri Yusiflə münasibətlər..."

Keçmiş “Dəyirman” qrupunun üzvü, şou-biznesdə ABD Malik təxəllüsü ilə tanınan reper Malik Kələntərlinin News24.az-a müsahibəsi:


- Malik bəy, hazırda nə işlə məşğulsunuz?

- Şəxsi biznesim var, artıq 20 ildir onunla məşğulam. Ancaq 1 ayağım sənətdədir. 

-    Hansı sahə üzrə biznes fəaliyyətiniz var?

-    Reklam. 

-    Malik bəy, hələ də sizi “Dəyirman”çı kimi xatırlayırıq, hələ də “Dəyirman”ı axtarırıq. Maraqlı məqam bundan ibarətdir ki, o qrupu nə əvəz edən oldu, nə də bənzəyən...

-    Sizinlə razıyam. 2010-cu ildə “Dəyirman” dağılanda düşünürdük ki, yəqin bizi əvəzləyən qrup olacaq, nə ancaq əvəz edən, nə də bənzəyən olmadı. Görünən budur ki, əfsanələr 100 ildə 1 dəfə gəlir. Bir əsr gözləməli olacağıq (gülür).

-    Hazırda “Azrep”in vəziyyətini necə şərh edərsiniz?

-    İstedadlı gənclərimiz var. Ancaq “Azrep” istədiyimiz səviyyədə deyil. Bəziləri var ki, bizim dövrümüzü, 

    bizim uğurlarımızı həzm etmirlər, deyirlər biz “andeqeaund” stilində davam edirik, ancaq düşünürəm ki, onlar bizim olduğumuz zirvəyə çata bilməyiblər, ona görə belə deyirlər. 

-    “Dəyirman” Elşad Xose ilə Anar Nağılbazı bir araya gətirmişdi. Hər kəsi düşündürən bir sual. O vaxt Anar Nağılbazla “Dəyirman” arasında hansı problem olmuşdu?

-    Anarın nəyinki bizimlə, heç kimlə problemi olmayıb. Sadəcə olaraq sənət üslübü belə idi ki, tez-tez ortaqlarını dəyişdiyinə görə bu cür fikirlər formalaşırdı.

-    Miri Yusif solo konsertində “Dəyirman”ın Faiq Ağayevlə oxduğu “Pəncərə”ni ifa etdi. Səhnədə Faiq Ağayevi gördük sizi yox. Münasibətlər korlanıb?

-    Xeyr, Miri Yusiflə gözəl münasibətimiz var. 

-    Konsertə dəvət etmişdi sizi? 

-    Əlbəttə, sadəcə konsert zamanı ölkə xaricində idim.

-    Ümumiyyətlə keçmiş “Dəyirmançı”larla münasibət qalıb?

-    Əlbəttə, Elmir Nyu-Yorkda yaşayır, Anar dövlət şirkətində çalışır, mənim öz işim, Miri Yusif də səhnədədir.

-    Son zaman maraqlı tendensiyanın şahidi oluruq. Bütün dünyada keçmiş qruplar bir araya gəlib yeni albom çıxarırlar, konsert təşkil edirlər. Tamaşaçılar sizi yəni, “Dəyirman”ı səhnədə görə bilər?

-    Çətin... Çünki Elmir xaricdə, Anar dövlət işində, bizim də öz işlərimiz var. Açığı yenidən bir yerə yığışıb albom, yaxud konsert verməyimiz real görünmür. Ancaq həyatdır, ola bilər. 

-    Sponsor probleminə görə deyirsiniz?

-    Qəti! Sponsorlar eşitsələr ki, belə bir fikrimiz var, özləri bizə təkliflər edər. Sadəcə dediyim səbəblərdir. 

-    2000-lərin əvvəlinə dönsək, yenidən hansı reperlərlə rəqabət aparmaq istərdiniz, yaşayanlar və dünyadan köçənləri də nəzərdə tuturam.

-    Heç kimlə, kaş ö günlərə dönə biləydim...

Ağa


Seçilən
8
news24.az

1Mənbələr