AZ

Flora-Afət məhkəməsinin qalibi kim oldu? - QƏRAR VERİLDİ

Müğənni Afət Fərmanqızı ilə Xalq artisti Flora Kərimova arasında məhkəmə prosesi yekunlaşıb.

Oxu24.com CityPost.az-a istinadən  xəbər verir ki, Binəqədi  Rayon məhkəməsinin hakimi Abbas Rzayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində yekun qəbul olunub. Qərara əsasən Afət  Fərmanqızı bəraət alıb.

Məhkəmənin qərarına görə Prosessual Məcələsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilsin.

Həsənova Afət Fərman qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyinə görə ona bəraət verilsin.

 


 

Seçilən
2
oxu24.com

1Mənbələr