AZ

Türkiyə Somalidə neft və qaz axtaracaq

Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyindən verilən açıqlamaya görə, Prezident Rəcəb Tayyib Ərdoğan şənbə günü İstanbul boğazından keçəcək Oruç Reis gəmisini Somaliyə yola salacaq. Vida mərasimində enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar da iştirak edəcək.

Marja xəbər verir ki, Oruç Reis Aralıq dənizi, Süveyş kanalı və Qırmızı dəniz yolu ilə Somali sahillərinə çatacaq. Oktyabr ayının sonuna doğru Somali sahillərində olması planlaşdırılan gəmi, lisenziyalı 3 dəniz yurisdiksiyasında neft və təbii qaz üçün seysmik işlər aparacaq.

Təxminən 7 ay davam etməsi gözlənilən fəaliyyət zamanı Oruç Reis həm təbii qaz, həm də neft üçün məlumat toplayacaq. Toplanan məlumatlar Ankarada təhlil ediləcək və nəticələrdən asılı olaraq müəyyən edilmiş yerlərdə qazma əməliyyatlarına başlanacaq.

Açıqlamada fikirlərinə yer verilən nazir Bayraktar, "Türkiye Petrolleri"nin (TPAO) Somalidə 15 min kvadrat kilometrlik dəniz sahəsində kəşfiyyat lisenziyası olduğunu qeyd edərək, "Bu çərçivədə kəşfiyyatın ilk addımı seysmik fəaliyyətdir. Oruç Rəisin təyin olunmuş dəniz yurisdiksiyasında daha əvvəl heç vaxt edilməmiş 3D seysmik araşdırma aparacağını gözləyirik. Oruç Reisin çalışacağı ərazinin neft əlamətləri olan ərazi olduğunu proqnozlaşdırırıq", -deyib.

Seçilən
10
marja.az

1Mənbələr