AZ

Qarabağ Universitetinin rektoru akademik və inzibati heyət ilə görüşüb - FOTO

Qarabağ Universitetinin rektoru Şahin Bayramov universitetin akademik və inzibati heyəti ilə görüş keçirib.

İqtisadiyyat.az xəbər verir ki, görüşün keçirilməsində məqsəd Qarabağ Universitetinin strateji hədəfləri, komanda quruculuğu, əməkdaşların vəzifələri, akademik məzmun, tədqiqat fəaliyyəti, tələbələrlə iş və digər məsələləri əməkdaşların və professor-müəllim heyətinin diqqətinə çatdırmaqdan ibarətdir.

Rektor Qarabağ Universitetinin elmi-tədqiqat əsaslı ali təhsil ocağı olduğunu əsas tutaraq tədqiqatların aparılmasının önəmini vurğulayıb. Bildirilib ki, bu istiqamətdə Universitetdə bütün lazımi şərait yaradılıb.

Ş.Bayramov qeyd edib ki, universitet komandasına seçilən üzvlərin hər birinin ali təhsil səviyyəsi, elmi istiqamətdə fəaliyyətinə dair portfoliosu xüsusi nəzərə alınıb. Rektor əlavə edib ki, burada məqsəd təhsildə keyfiyyəti ən yaxşı şəkildə təmin edərək tələbələri yüksəkixtisaslı kadr kimi yetişdirmək, Qarabağ Universitetini ölkənin təhsil brendinə çevirməkdir.

Sonda rektor ilk tədris ilinin başlaması münasibətilə əməkdaşları və professor-müəllim heyətini təbrik edib, onlara elmi və pedaqoji fəaliyyətdə uğurlar arzulayıb.

Seçilən
4
2
iqtisadiyyat.az

3Mənbələr