AZ

Sabiq deputatın anası məhkəmədə ifadə verməkdən imtina edib - "Pul çox olanda..."

Sabiq deputat Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib.

Mia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

"Hüseyin Abdullayevin biznes fəaliyyəti ilə məşğul olduğunu bilirdim. Mən onun mağazasında, daha sonra isə restoranında inzibati işlərdə işləyirdim. H.Abdullayevin şirkətlərinə qeyri-rəsmi olaraq Nizami Xəlilov nəzarət edirdi. Mən də uzun müddət onun ailə üzvlərinə məxsus şirkətlərdə işləmişəm və 2015-ci ilin sonlarında əməkdaşlığı dayandırmışam."

"Xaricdən gələn pullarla bağlı ona hər hansı bir sual vermək ixtiyarımız yox idi. Bu pullara onun mühasibi Azadə Cəfərova nəzarət edirdi. O, Hüseyn Abdullayevin etibar etdiyi şəxslərdən biri idi. Belə ki, Azadə Cəfərova onların ailəsinə məxsus bank hesablarına mədaxil-məxaric edirdi. Bu pullar onların əmlaklarının icarə və satışından gələn pullar idi. Mən sözügedən pulları toplayıb ona verirdim. Miqdar çox olanda Azadə xanımı banka qədər müşayiət edirdim".

Ağasəfər Ələkbərov vurduğu teleqramda bildirib ki, H.Abdullayev hələ deputat olan zaman Yasamal rayonunda yaşadığı evdən köçmək üçün Nüsrət adlı işçi pul təklif etmişdi: "Biz də köçməkdən imtina etmişdik. Ona görə də evin yaxınlığında olan binanın su borusunu qəsdən deşmişdilər və evimizi su basmışdı. Bu səbəbdən aylarla kirayədə yaşamağa məcbur olmuşduq".

Seçilən
1
14
mia.az

2Mənbələr