AZ

Ermənistan NATO ölkələri ilə “ortaq dəyərlərə” malik olduğunu deyir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan NATO-nun baş katibi Mark Rutteni təyinatı münasibətilə təbrik edib.

Erməni diplomat X sosial şəbəkəsi vasitəsilə Şimali Atlantika Alyansının yeni rəhbəri ilə əlaqə saxlayıb.

Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri ilk öncə Rutteyə “səmimi təbriklər”ni göndərib və deyib ki, “Biz Ermənistan və NATO arasında ortaq dəyərlərə və daha təhlükəsiz və dinc gələcək üçün ortaq baxışa əsaslanan tərəfdaşlığı daha da gücləndirmək üçün sıx əməkdaşlığımızı səbirsizliklə gözləyirik”, – Ararat Mirzoyan bildib.

//Samir Qurbanov, Editor.az

Seçilən
15
editor.az

1Mənbələr