AZ

Türk ordusu Yaxın Şərqdəki mümkün savaşa hazırlaşır

Türk

Son bir həftə ərzində Türk Silahlı Qüvvələri İraq və Suriyanın şimalında antiterror əməliyyatları ilə 58 terrorçu zərərsizləşdirilib.

Reyting.az
xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyi (TMMN) bəyan edib.

TMMN-nin ictimaiyyətlə əlaqələr müşaviri kontr-admiral Zəki Aktürk ordunun terrorla mübarizəsinin qətiyyətlə davam etdiyini bildirib.

Zəki Aktürk deyib ki, 2024-cü il yanvarın 1-dən etibarən zərərsizləşdirilən terrorçuların sayı 2107-yə (İraq 1087 / Suriya: 1020) çatıb:

“Son bir həftə ərzində Türkiyə sərhədlərini qanunsuz yolla keçməyə cəhd edən 463 nəfər tutulub. 930 nəfərin sərhədi keçməsinin qarşısı alınıb. Tutulan şəxslərdən 12-si terror təşkilatının üzvüdür. Yanvarın 1-dən etibarən sərhədlərimizi qanunsuz keçməyə cəhd edənlərin sayı artaraq 11339 nəfərə çatıb. Sərhədi keçməsinin qarşısı alınanların sayı isə 79 635 nəfər olub”.

Milli Müdafiə Nazirliyi İsrailin Livana hücumu və İranın İsraili raketlərlə vurması nəticəsində yaranan gərginliyin regional müharibəyə çevrilməsi ehtimalı ilə bağlı sualları belə cavablandırıb: “Milli Müdafiə Nazirliyi və Türkiyə Silahlı Qüvvələri olaraq ölkəmizin müdafiəsi və təhlükəsizliyi ilə bağlı bölgəmizdə və dünyada baş verən prosesləri yaxından izləyir, çoxölçülü təhlükəsizlik strategiyası ilə dəyərləndirir və lazımi tədbirləri görürük. İsrailin beynəlxalq hüquqa məhəl qoymayan hücumları beynəlxalq təhlükəsizliyi, qlobal və regional sabitliyi təhdid etməkdədir. İsrailin hücumlarının təkcə Qəzza ilə məhdudlaşmayacağı, bütün regiona yayılacağı ilə bağlı narahatlığımız haqlıdır. Türk Silahlı Qüvvələri ola biləcək hər cür təhdid və təhlükələri aradan qaldırmağa qadirdir”.

Nazirlik mənbələri Livandakı türk vətəndaşlarının təxliyyə edilib-edilməyəcəyi ilə bağlı sualları cavablandırarkən bunları deyiblər:

“Daha əvvəl bir çox təxliyyə əməliyyatlarını uğurla həyata keçirən Türkiyə Silahlı Qüvvələrimiz əcnəbi vətəndaşların, xüsusilə də vətəndaşlarımızın Livandan təhlükəsiz şəkildə təxliyyəsi üçün plan və hazırlıqlarını tamamlayıb. Hazırda Livanda baş verən hadisələr Xarici İşlər Nazirliyi ilə koordinasiyalı şəkildə yaxından izlənilir. Təxliyyə başlayacağı təqdirdə dövlətimizin müvafiq qurumları tərəfindən lazımi məlumat veriləcək”.

Türk Silahlı Qüvvələrinin Yunanıstanda keçirilən “Ramstein Bayraq-2024” təlimində iştirakdan imtina etməsi ilə bağlı məsələyə gəldikdə, belə açıqlama verilib:

“30 sentyabr - 11 oktyabr 2024-cü il tarixləri arasında Yunanıstanda “Ramstein Bayrağı-2024” təlimləri həyata keçirilir. NATO üzvü olan 13 ölkə bu təlimlərdə iştirak edir. Yunanıstanın hazırladığı təlim planlama sənədində FIR (Uçuş Məlumatı Bölgəsi) xəttini öz suverenlik ərazisi kimi göstərməsi və uçuş planı tələb etməsindən sonra lazımi addımlar atıldı, NATO məqamlarında lazımı reaksiya görünmədiyi, Yunanıstan öz planında israr etdiyi üçün bu tədbirə müsbət münasibət göstərilməyib”.

E. KAMAL
Seçilən
22
reyting.az

1Mənbələr