AZ

“2025-ci ilin əsas xərcləri müəyyən edilib” - Deputat

“Gələn il minimum əməkhaqqı və minimum pensiya artırılacaq. Hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası fonunda sosial təminat məsələlərinə kifayət qədər böyük vəsaitin ayrılması iqtisadiyyatımızın potensialından xəbər verir. Xarici borcun ümumi daxili məhsuldakı payı cəmi 7,5 faizdir ki, bu da dünya miqyasında qabaqcıl ölkələrdən olduğumuza dəlalət edir. 2025-ci ilin əsas xərcləri artıq müəyyən edilib”.



Bunu Bakupost.az -a millət vəkili Tahir Mirkişili bildirib.

Onun dediyinə görə, gələn il də Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı layihələr davam etdiriləcək:


“Bütün bu layihələr Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq. 2020-ci ildən sonra işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsinə dövlət büdcəsindən 17,5 milyard manata yaxın xərclənib. Gələn il isə bu məqsədlər üçün daha 4 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Qarabağın bərpası və yenidən qurulması prosesləri Azərbaycanın ərazi bütövlüyünün möhkəmləndirilməsi ilə yanaşı, bölgənin sosial-iqtisadi inkişafına da müsbət təsir göstərəcək".

Sevinc,
BakuPost
Seçilən
5
bakupost.az

1Mənbələr