AZ

“Azərbaycanla sülh danışıqlarının məzmununu xalqdan gozlətmirik” – Nazir müavini

“Proses şəffafdır, biz onun barəsində mütəmadi olaraq məlumat veririk, bütün görüşlərlə bağlı müvafiq press-relizlər dərc olunur. Həm Baş nazir, həm də xarici işlər naziri gedişatın məzmunu ilə bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandırır”.

“AzPolitika” xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərlə söhbətində Azərbaycanla sülh müqaviləsi layihəsinin məzmununun ictimaiyyətdən gizlədilməsi barədə suallara cavabında deyib.

Onun sözlərinə görə, Ermənistan hesab edir ki, artıq razılaşdırılmış məqamlar ən azı iki ölkə arasında diplomatik münasibətlərin qurulması və digər məsələlər üzrə müzakirələrin davam etdirilməsi üçün kifayətdir.

“Azərbaycan niyə Ermənistanın bu variantı ilə razılaşmır, bunun səbəbi Ermənistan Respublikasının konstitusiyasındakı ərazi iddialarıdırmı” sualına cavab olaraq xarici işlər nazirinin müavini vurğulayıb ki, konstitusiya və konstitusiya dəyişiklikləri Ermənistanın daxili işidir.

“Rəsmi Bakının səsləndirdiyi narahatlıqlara, əslində, delimitasiya komissiyalarının əsasnaməsinin təsdiqi mərhələsində artıq cavab verilib. Konstitusiya Məhkəməsi Bakının səsləndirdiyi narahatlığın reallıqla heç bir əlaqəsi olmadığını göstərən şərhlər verib”, - o qeyd ediv.

Yada salaq ki, Azərbaycan Prezidenti Kostanyanın ifadə etdiyi təşəbbüsü primitiv və qeyri-adekvat adlandırıb.

“AzPolitika.info”

Seçilən
27
azpolitika.info

1Mənbələr