AZ

"29 İqlim Söhbəti: COP29-a gedən yol" silsilə tədbirləri çərçivəsində iqlim dəyişikliyi və miqrasiya mövzusunda tədbir keçirilib (FOTO)

Bakı. Trend:

"29 İqlim Söhbəti: COP29-a gedən yol" silsilə tədbirləriçərçivəsində Dövlət Miqrasiya Xidməti və Beynəlxalq MiqrasiyaTəşkilatının (BMqT) birgə təşkilatçılığı ilə “İqlim dəyişikliyi vəmiqrasiya: Dəlillər və miqrasiyanın uyğunlaşma yolu kimi qəbuledilməsi” mövzusunda tədbir keçirilib.

Dövlət Miqrasiya Xidmətindən Trend-ə bildirilib ki, tədbirin məqsədiAzərbaycanın 2024-cü ilin noyabr ayında ev sahibliyi edəcəyiBMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası - COP29 ərəfəsindəiqlim dəyişikliyi vəinsanların yerdəyişməsi mövzusunda dialoqların genişləndirilməsinətöhfə vermək, miqrasiya, iqlim dəyişikliyi və ətraf mühitarasındakı əlaqələri araşdırmaqdır.

Açılış nitqi ilə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi,II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov29İqlim Söhbətiseriyasının bir hissəsi olaraq iqlim dəyişikliyi vəinsanların yerdəyişməsi arasındakı mürəkkəb əlaqəyə həsr edilmiştədbirin əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, iqlimdəyişikliyi səbəbindən yaranan miqrasiya ilə bağlı problemlərinhəlli hərtərəfli və inklüziv yanaşma tələb edir. Vüsal HüseynovBMqT tərəfindən hazırlanmış 2024-cü il üzrə Dünya MiqrasiyaHesabatının iqlimlə əlaqəli miqrasiya məsələlərini də əhatəetməsininəhəmiyyətini vurğulayıb.

Xidmət rəisi BMT Baş Assambleyasının “Yüksək Səviyyəli Həftə”siçərçivəsində BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında AzərbaycanınCOP29 sədrliyinin və BMqT-nin ev sahibliyi ilə təşkil olunmuş“İqlim, sülh və insanların yerdəyişməsi” mövzusunda yüksəksəviyyəli dəyirmi masada verilmiş tövsiyələrin COP29-dan əvvəl buməsələlər ətrafında müzakirələr üçün möhkəm zəmin hazırladığınıbildirib.Eyni zamanda, miqrasiya, ətraf mühit və iqlim dəyişikliyiarasındakı əlaqənin COP29 zamanı Dövlət Miqrasiya Xidməti və BMqTtərəfindən birgə təşkil ediləcək yüksək səviyyəli dəyirmi masamüzakirələrinin əsas mövzusu olacağını, bugünkü tədbirin də bumüzakirələrə töhfə verəcəyinə ümidvar olduğunu vurğulayıb.

Tədbirin açılış mərasimində çıxış edən BMT-nin Azərbaycandakırezidentəlaqələndiricisi Vladanka Andreeva Azərbaycanın COP29-a evsahibliyi etməyə hazırlaşdığı bir dövrdə, iqlim dəyişmələrininmiqrasiyaya artan təsirinin vacibliyini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusitapşırıqlar üzrə səfiri Elşad İskəndərov Azərbaycanın iqlimdəyişikliyi ilə bağlı qlobal müzakirələrin canlandırılmasında vəiqlim dəyişikliyi kontekstində əhali yerdəyişmələri ilə bağlıməsələlərin həllindəki rolunu vurğulayıb.

Daha sonra 2024-cü il üzrə Dünya Miqrasiya Hesabatının vəhesabatın miqrasiya, ətraf mühit və iqlim dəyişikliyi arasındaəlaqəyə həsr olunmuş bölməsinin təqdimatı keçirilib.

Tədbirdə həmçinin, BMqT Azərbaycan Nümayəndəliyinin rəhbəri TroyDulinin moderatorluğu ilə BMT-nin Azərbaycandakı rezidentəlaqələndirici ofisinin rəhbəri Kanako Mabuçinin, BMT-nin Ərzaq vəKənd Təsərrüfatı Təşkilatının Azərbaycan RespublikasındakıNümayəndəsinin müavini Bariz Mehdiyevin, BMqT-nin Dünya MiqrasiyaHesabatı üzrə tədqiqatçısı Adrian Kitimbonun və ətraf mühit vəiqlim dəyişmələri üzrə regional mütəxəssisi Sumyadip Banerjinin,eləcə də Dövlət Miqrasiya Xidmətinin Beynəlxalq əməkdaşlıqidarəsinin rəisi Ülvi Əliyevin iştirakı ilə iqlim dəyişikliyisəbəbindən yaranan miqrasiyanın müxtəlif istiqamətlərinə həsrolunmuş panel müzakirələr aparılıb.

Seçilən
5
5
az.trend.az

6Mənbələr