AZ

COP29-da Azərbaycan iqlim dəyişmələri üzrə universitetlər şəbəkəsinin yaradılmasını müzakirə edəcək

Bakı. Trend:

COP29 çərçivəsində Azərbaycan, iqlim dəyişmələri üzrə Azərbaycanuniversitetləri şəbəkəsinin yaradılmasını daha ətraflı müzakirəetməyi planlaşdırır.

Trend xəbər verir ki, bubarədə COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova ADAUniversitetində keçirilən “İqlim dəyişmələrində ali təhsilin rolu:iqlim dəyişmələri üzrə Azərbaycan universitetləri şəbəkəsininyaradılması yolunda” adlı tədbirdə deyib.

“İqlim dəyişmələri üzrə Azərbaycan universitetləri şəbəkəsi,yüksək təhsilin, bacarıqların inkişafı və təhsil sisteminintəkmilləşdirilməsi baxımından ən vacib mərhələ kimi tanınmasınayönələcək. Şəbəkə universitetlər və təhsil müəssisələri arasındakoordinasiyanı artıracaq, eyni zamanda mövcud və yeni proqramlararasında əlaqələrin gücləndirilməsi ilə potensialın artırılmasınadəstək verəcək. Bu, İnstitutlar arasında uyğunlaşma və əməkdaşlığınartırılması nəticəsində, Azərbaycanın üzləşdiyi konkret problemləridaha yaxşı analiz etməyə imkan yaradacaq və onların həlli üçünzəruri innovativ yanaşmaların tapılmasına kömək edəcək”, -L.Həsənova qeyd edib.

O, COP29-da əsas maraqlı tərəflərlə işləyərək şəbəkənin uğurluicrası üçün ilk addımları atmağı bacaracaqlarını vurğulayıb.

Onun sözlərinə görə, gənclər və təhsil, Bakıdakı “İqlimdəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi”-nin ayrılmaz birhissəsinə çevrilib və COP29-da müzakirələrin mərkəzində olacaq.

Seçilən
13
1
az.trend.az

2Mənbələr