AZ

Rejissor: “Aktyor teatrdan böyük qazanc gözləməli deyil” - MÜSAHİBƏ

Mədəniyyət sahəsinə üz tutmuş insanlar demək olar ki, fərqli düşüncədə olurlar. Onlar üçün həyat fərqli rəngdə görünür. Hadisələrə də, insanlara da tam fərqli yanaşırlar.
 

Həmsöhbətim Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyeva  da fərqliliyi ilə seçilənlər sırasındadır.

-Müəyyən zaman kəsiyində teatra çox canlanma gətirdiniz və çox şey verdiniz. Bəs teatr sizə nə verdi?
 

-Məni bura illərin marağı gətirdi. Bu, mənim 3-cü təhsilimdir.
 

Qismət belə gətirdi ki, 1998-ci ildə öz uşaqlıq arzuma çatdım və  xalq artisiti Cənnət Səlimovanın kursunda bakalavr pilləsini başa vurdum. Bunu da fərxlə deyirəm ki, mən fəxr edirəm ki, Cənnət xanım Səlimovanın tələbəsi olmuşam. Bilirəm ki, o da mənimlə fəxr edir. Onun sevimli tələbələrindən biriyəm.
 

Ona görə dedim ki, özümü  sırf tetara həsr etməmişəm, çünki ali məktəbi bitirəndən sonra Şəhriyar Mədəniyyət Mərkəzində  rejissor kimi çalışmışam. Səs rejissoru işləmişəm. Sonradan mən bu teatra gəlmişəm. Hamı bilir ki, teatr sahəsində madiyyat çox zəifdir.  Teatrda işləyən aktyor  teatrdan külli miqdarda qazanc gözləməli deyil. Burda istedad, səbr və həvəs mütləqdir. Belə olan halda çətinliklərə dözüb yaxşı sənətkar olmaq olur.
Biz alqışa işləyən adamlarıq. Bunu hər kəs bilir. Əgər tamaşaçı bizi alqışalyırsa, gördüyümüz işdən zövq alırsa, demək biz  nəsə əldə etdik. O alqışlar bizə  madiyyatdan qat- qat üstündür.

 

 Burda səhnələşən tamaşalarda bütün yaş hədləri nəzərə alınır. Yəni tamaşa üçün yaş senzi yoxdur. Bizim teatrımız sırf gənc tamaşaçılar teatrı deyil. Çünki burda 3 teatr birləşir- Kamera teatrı, Gənclər teatrı və Gənc tamaşaçılar teatrı.
 

- Deyirsiniz ki, bu mənim 3-cü təhsilimdir. Əvvəlki peşələrinizin adını bilmək olar,sirr deyilsə?
 

- İlk ali təhsilimi Kooperasiya Universitetində almışam. Yəni müsahiblik. Ancaq bir gün də olsa belə o sahədə çalışmadım. İkinci  təhsilimi isə deməsəm daha yaxşı olar. Çünki  həmin sahədə az da olsa çalışmışam. Ona görə elə o sir qalsın (gülür).
 

-Belə ciddi bir sahədən  incəsənət keçid etmisiniz..
 

-Bəli, doğru buyurdunuz. Ancaq bu istək lap körpə vaxtlarımın istəyidir. Mən qarabağlıyam, bizim ailədə bizimkilərin dili ilə desək, “indiyə kimi nəsildə artist olmayıb”.(gülür). Mən əvvəldən öz sevdiyim peşəni evdəkilərin maneəsinə görə seçə bilməmişdim.  Evdən mənə məcbur etdilər ki, iqtisadiyyat sahəsinə yön alım.
 

- Bu qədər  “yol” gəlməkdə hesab edirəm ki, səbrli insansınız…
 

-Yox, qətiyyən. Həddindən artıq səbrsizəm. Əvvəllər daha çılğın idim. Sonra həyat mənə o qədər dərs keçdi ki, səbrin nə demək olduğunu anladım. Hərdən öz- özümə fikirləşirəm ki, yəni bu mənəm?
 

Xaraktercə uşaqlıqdan çox ciddiyəm. Mənim hələ 8- 10 yaşlarım olardı ki, onda mən öz- özümdən nağıl uydururdum. Evdən atamın- anamın  paltarların oğurlayırdım. Bundan əlavə örtük,  balış v.s kimi əşyaları evdən götürüb binamızın baş tərəfində bir yer var idi, ora aparırdım. Məhləmizin uşaqlarını da ora yığırdım hərəyə bir rol verirdim ki, tamaşa quraq. Mən nə elədiyimi bilmirdim. Ancaq nə edirdimsə həvəslə edirdim. Mən 1-ci kursda oxuyanda Cənnət xanım bizə etüd-tamaşalar vermişdi. Mən həmin tamaşanı işləyəndə anladım ki, mən o yaşımda rejissorluq etmişəm.
 

Sizə onu da deyim ki, bizim nəslimizdə incsənət aləmində ilk və yəqin ki, son nümayəndə mən olacam. Məndən əvvəl heç kəs olmayıb. Heç istəmirəm ki, sonra kimsə davam etsin. Çünki bu peşənin ağırlığını və çətinliyini dərk edirəm.
 

- Siz  nəslinizdə inqlab etmisiniz ki…
 

-Hə, hə mən əsl inqlab etmişəm (gülür). Bilirsiniz, mən bu peşənin ağırlığnı elə hiss edirəm ki, istəmirəm doğmalarım da belə bir yükü çəksin. İnanın çox çətindir. Doğrudur, tamaşaçı tamaşadan sonra bizi ayaq üstdə alqışlayanda o qədər xoşbəxt oluram ki, ruhən dincəlirəm.
 

- Rejissorlar həmişə yeniliklərin axtarışında olurlar… Olubmu son anda aktyorun hərəkətini və ya hər hansı bir dialoqunu dəyişəsiniz?
 

- Bəli,olub.
 

-Bu,aktyorun istedadını  yoxlamaqdır, yoxsa öz baxış fərqliliyinizdir?
 

-Bilirsiniz, olub ki tamaşa dəfələrlə səhnəyə qoyulub. Bir dəfə də demişəm ki, filan hissəni dəyişək fərqli edək. Bu dəfə mən tamaşanı belə görmək istəyirəm.
Birdə onu qeyd edim ki, Azərbaycan teatr tarixində ilk dəfə  səhnəyə yağış yağıb.

 

-Aktyor seçiminizdə tərəddüd etmisiniz?
 

- Mən bir rejissor kimi əsəri oxuyanda artıq onun aktyoru gözümün önündə canlanır.
Bəli, aktyor seçimimizdə biz sərbəstik. Heç kəs bu barədə bizə müdaxilə etmir. Düzgün aktyor seçilmirsə o tamaşa heç vaxt uğur qazana bilməz.

 

- Aktyorlarınızdan narazı qalanda onu bildirinizsiniz?
 

-Əlbəttə. Ancaq əvvəldən öz tapşırığımı sərt şəkildə deyirəm ki, hər kəs öz payını götürsün və mən istədiyim nəticəni əldə edim (gülür).
 

Mən o qədər hər sahədə dəqiq və dürüstəm ki, onu qarşımdakı insandan görməyəndə bu məni incidir. Azərbaycanda teatr məkanında ən çox truppa olan teatr, bizim teardır. Hər yaş həddində bizdə aktyor var. Bundan əlavə hələ məktəbli uşaqlar var ki, bizim səhnəmizdə tamaşalarda rol alıblar.
 

-Məktəblilərlə işləmək sizə çətin deyilmi?
 

-Mən belə bir tamaşaya quruluş verməsəm də Cənnət xanım və Nicat Kazımov belə tamaşaları səhnələşdiriblər. Əksinə, uşaqlarla işləmək daha rahatdır. Çünki onlar daha həvəslə yanaşır teatra.
 

Bizim teatr heç bir aktyora “yox” demir. Əgər aktyorun bacarığı və istedadı varsa, o, mütləq bizim teatrın səhnəsində rol alacaq.
 

Əyalət teatrlarının birində mənə çox yaxşı bir vəzifə təklif etdilər. Bu, mənim üçün böyük bir şans idi. Amma bu teatr mənə çox doğma olduğu üçün, insanlarına bağlandığım üçün həmin təklif olunmuş vəzifəni qəbul etmədim.
 

-Heç xüsusi tamaşaçınız olubmu?
 

- Bəli, olub. Teatrımızın daimi tamaşaçıları var ki, onlar bizim teatrımızı çox sevirlər. Bu da bizə fərəh və qürur hissi verir. Kiyafət adında bir  tamaşaçımız var idi. Həmin xanım Vüsal Mehrəliyevin portretini çəkib gətirmişdi.
 

-Niyə məhz Gənc Tamaşaçılar Teatrı?
 

- Cənnət xanım Səlimova.  O burda baş rejissor işləyirdi məni də bura o dəvət etdi və mən çox sevinirəm ki, mən bura gəlmişəm. Bu teatrda məndən çox qışqırıb- bağıran yoxdur, amma məndən də çox sevilən də yoxdur  (gülür).  Hətta deyim ki, bizdə daxili mikrofon olur. Onunla ancaq aktyorlarla danışırıq biz. O mikrofonla belə mən qışqırıram (gülür)…
 

 

Əntiqə Kərimzadə

Seçilən
29
50
adalet.az

10Mənbələr