AZ

“Kontakt” “Şeş-Qoşa”nın böyük finalını Bulvarda keçirir - AYGÜN KAZIMOVANIN KONSERTİ İLƏ

Azərbaycan sevilən siması, Xalq artisti Aygün Kazımova “Kontakt”ın mənzil uduşlu “Şeş-Qoşa” kampaniyasının böyük finalında səhnəyə çıxacaq. Böyük mükafatları ilə diqqət çəkən bu kampaniyanın finalı bu ilin ən irimiqyaslı tədbirlərindən biri kimi yadda qalacaq. Çünki tədbir şəhərin mərkəzində – daha böyük məkanda keçiriləcək!

İki aydan çoxdur davam edən kampaniyanınçox gözlənən final tədbirinə Bakının göz oxşayan Bulvarı ev sahibliyi edəcək. Daha dəqiq desək, final oktyabrın 6-sı, saat 15:00-da Kukla Teatrının arxasında yerləşən Bulvar səhnəsində baş tutacaq! Ən yeni “Toyota Corolla Cross” avtomobilinin dəniz mənzərəli “Sea Breeze” mənzilinin sahibi və ya sahibləri məhz həmin gün bəlli olacaq.

Bu möhtəşəm gecəyə damğa vuracaq əsas məqamlardan biri isə pop-diva Aygün Kazımovanın canlı çıxışı olacaq. Azərbaycanın ən sevilən müğənnisi öz səhnə performansları ilə hər zaman tamaşaçıları valeh etməyi bacarıb. Bu dəfə isə xüsusi olaraq hazırlanmış səhnə şousu, hit mahnıları və enerjili çıxışı ilə o, gecənin ulduzu olacaq.

Bu final hər kəsi həm böyük mükafatlarla, həm də unudulmaz musiqi ilə sevindirəcək! Odur ki, oktyabrın 6-sı günü Aygün Kazımovanın da dediyi kimi “bu gecə olanlar olacaq”!

Ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Seçilən
1
6
fed.az

9Mənbələr