AZ

Dünyada istixana qazlarının təxminən 20 faizi kənd təsərrüfatının payına düşür - Elnur Soltanov

Bakı. Trend:

Dünyada istixana qazlarının təxminən 70 faizi energetikasektoruna, 20 faizi isə kənd təsərrüfatına aiddir.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Respublikası energetika nazirinin müavini,COP29-un baş icraçı direktoru Elnur Soltanov ADA Universitetindəkeçirilən “COP29 işığında kənd təsərrüfatında və su ehtiyatlarınınidarə edilməsində dayanıqlılıq və innovasiyalar” adlı beynəlxalqsimpoziumda deyib.

“Kənd təsərrüfatı, əslində, enerji sektorundan sonra ikinci ənəhəmiyyətli istixana qazı mənbəyidir. Kənd təsərrüfatını daha davacib edən isə, hər şeyin onun necə müəyyən edilməsindən asılıolmasıdır”, - o vurğulayıb.

Elnur Soltanov meşələrin və torpaqların böyük miqdarda istixanaqazlarını udduğunu qeyd edərək, bu ərazilərin çox dəyərli olduğunuvə buna görə də insanların kənd təsərrüfatı bacarıqlarını yaxşımənimsəməli olduqlarını bildirib.

“Bu, istixana qazlarının azaldılması baxımından çox vacibdir.Eyni zamanda, biz, əksər hallarda, Azərbaycanın da daxil olduğu birçox iqtisadiyyatlardakı fermerləri müdafiə etməliyik, çünki onlaradətən iqlim təsirlərinə daha həssasdırlar. Xüsusilə inkişafetməkdə olan ölkələrdə”, - o əlavə edib.

Qeyd edək ki, ADA Universitetində Macarıstan, İtaliya vəQazaxıstan səfirliklərinin birgə təşkilatçılığı ilə “COP29 işığındakənd təsərrüfatında və su ehtiyatlarının idarə edilməsindədayanıqlılıq və innovasiyalar” adlı beynəlxalq simpoziumkeçirilir.

Alimlərin, eləcə də yerli və xarici ekspertlərin iştirak etdiyitədbirdə qlobal və regional perspektivlər müzakirə olunur, iqlimdəyişikliyinin təsirlərinə xüsusi diqqət yetirilir.

Seçilən
8
az.trend.az

1Mənbələr