AZ

İsrail Livandakı ilk itkilərini açıqladı


İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda “Hizbullah” hərəkatının silahlı birləşmələrinə qarşı döyüş əməliyyatları zamanı 8 hərbçisinin həlak olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Məlumata görə, IDF respublikada quru əməliyyatı zamanı ilk itkilərini açıqlayıb.
Ordunun mətbuat xidmətinin məlumatına görə, kapitanlar Eytan İtsxak Oster, Harel Etinger və İtay Ariel Qiat, serjantlar Noam Barzilay, Or Mantzur və Nazaar İtkin, baş çavuşlar Almken Terefe və İdo Broyer həlak olublar.
Həmçinin, “Eqoz” xüsusi təyinatlılarının bir zabiti və dörd əsgəri və “Qolani” briqadasının kəşfiyyat dəstəsinin sıravi əsgəri ağır yaralanıb.
Mətbuat xidmətinin məlumatına görə, Qəzza zolağında və Fələstin anklavının sərhədləri boyunca əməliyyat başlayandan bəri Müdafiə Ordusunun itkiləri 346 nəfərə çatıb. Yaxın Şərq münaqişəsinin yeni raundu zamanı həlak olan İsrail hərbçilərinin ümumi sayı isə 723 nəfər olub.
Qeyd edək ki, sentyabrın 23-də İsrail “Hizbullah” qüvvələrinə qarşı “Şimal oxları” əməliyyatına başlayıb və bu əməliyyat zamanı Livandakı şiə hərəkatının hərbi obyektlərinə kütləvi hava zərbələri endirib. Sentyabrın 30-da İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrində məhdud miqyaslı quru əməliyyatına başladığını elan edib.
Seçilən
15
50
yeniavaz.com

10Mənbələr