AZ

“Bu, bizim üçün yaxşı nəticədir"

“Monako”nun baş məşqçisi Adi Hütter UEFA Çempionlar Liqasının 2-ci turu çərçivəsində Zaqreb “Dinamo”su ilə oyunun heç-heçə nəticəsindən danışıb.

90deqiqe.Az-ın məlumatına görə, "Sport-Ekspress" mütəxəssisin dediklərini belə çatdırıb.

“Bu, bizim üçün yaxşı nəticədir. Futbolçularıma güvənmək istəyirəm, çətin vəziyyətdə təslim olmamaqla xarakter nümayiş etdirdilər.İki top fərqi ilə uduzaraq deyə bilərəm ki, ilkin qələbə istəyinə baxmayaraq, xal qazandığım üçün şadam”

Xatırladaq ki, Xorvatiyanın paytaxtında keçirilən qarşılaşma 2:2 hesabı ilə məhsuldar heç-heçə ilə yekunlaşıb. Bu görüşdən sonra moneqasklılar dörd xal qazanıblar. “Dinamo” da öz növbəsində Çempionlar Liqasının ümumi mərhələsində ilk xalını qazanıb

Seçilən
14
90deqiqe.az

1Mənbələr